DC-F seriyasına aid olan İndikasiya və İdarəetmə Bloku (İİB), "Vesta 01F" adlı qəbul- nəzarət təhlükəsizlik-yanğın cihazının tərkibinə daxil olan, yanğın avtomatlaşdırma sisteminin vəziyyətini idarə etmək və göstərmək üçün nəzərdə tutulmuşdur. Əsas tətbiq sahəsi – qazlı, tozlu, aerosollu və modullu su ilə yanğın söndürmə sistemləridir.
İİB iki versiyada istehsal olunur: DC-F – divara montaj üçün plastik korpus; DC-F-BOX – qapı içərisinə quraşdırmaq üçün metal korpus. İİB-nin ön panelində Touch Memory tipli açar oxuyucusunun olması, yanğın avtomatlaşdırma sisteminin tərkibinə daxil olan cihazın müxtəlif giriş səviyyələri ilə idarə edilməsinə imkan tanıyır.
İİB ünvanlı cihazdır və FP seriyasının mərkəzi blokları ilə birlikdə RS-485 interfeys xəttinə qoşulur.
Tell us what you need and get quotes from verified suppliers